Hakerlərin ən çox istifadə etdiyi brauzer hansıdır?

24-08-2009 / 11:13

Purewire hakerlərin işlətdiyi sistemlərə sızaraq bir test edib.

Xeberler.az bildirir ki, hakerlərin istifadə etdiyi proqramlardan ikisinin açıqlarından faydalanan mütəxəssislər hakerlərin hansı internet brauzerindən istifadə etdiyini araşdırıb.

Nəticələrə görə, hakerlərin ən çox istifadə etdiyi brauzer Opera olub. Göstəricilərə əsasən, hakerların yüzdə 26-sı Opera-dan istifadə edir. Bəs nəyə görə hakerlər Opera-dan istifadə edirlər? Opera daha təhlükəsizdirmi?

Mütəxəssislər belə qənaətə gəliblər ki, hakerlərin Opera-nı seçmə səbəbi Opera-nın məşhur bir internet brauzeri olmamasıdır. Buna görə də hakerlərin dörddə biri Opera-dan istifadə edir.

İnternet Explorer kimi məşhur istifadə edilən brauzerlərə olan hücum üçün bir çox inkişaf etmiş metod və vasitə mövcuddur. Hackerlər kifayət qədər əhəmiyyətli bir hədəf olmayan Opera-nın təhlükəsizlik açıqlarıyla çox məşğul olmur. Özünü digər hackerlərdən qorumaq istəyən hackerlər da buna görə aşağı profil sahibi Operanı, adi istifadəçilərdən daha çox işlədirlər.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə