Yeni “Opera Mini” brauzeri bir günə bir milyon dəfə yüklənib

06-05-2015 / 11:03

Ötən ay “Opera Software” şirkəti populyar "Opera Mini” brauzerinin yenilənmiş versiyasını təqdim edib. Statistikaya görə, yenilənmiş brauzer doqquz ölkədə “Google Play” əlavələr mağazasında ən çox yüklənən əlavə olub və daha 18 ölkədə ən populyar əlavələr toplusunda yer alıb.

Xəbərlər-in Rabitə və Yüksək Texnologiyalar saytına istinadən verdiyi məlumata görə, bu ölkələrin sırasına Hindistan, İndoneziya, Banqladeş, Ukrayna, Cənubi Afrika, Nigeriya və Pakistan daxildir. Beləliklə, “Opera Mini”nin populyar əlavə olduğu ölkələrdə əhalinin ümumi sayı 2 milyard nəfəri ötür.

“Opera Mini”nin yeni versiyası işıq üzü gördükdən bir neçə gün sonra 1 milyondan çox insan brauzeri bir günə yükləyib. Sözsüz, bir günə bir milyon yükləmə bizim hamımızın fəxr etdiyi nəticədir. Bu göstərici istifadəçilərin internetə "Opera Mini”nin təmin etdiyi sürətli və təhlükəsiz çıxışa nə qədər əhəmiyyət verməsini nümayiş etdirir”, - "Opera Software” şirkətinin baş direktoru Lars Boylesen deyib.

Xeberler.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə