Milli Net-Milli İnternet Mükafatı Müsabiqəsinə start verilir

29-09-2009 / 11:21

Azərbaycan İnternet Forumu Milli Net-Milli İnternet Mükafatı Müsabiqəsinin başlanmasına həsr olunan mətbuat konfransını keçirəcək.

Məlum olduğu kimi Milli Net-2009 ölkədə İnternetin inkişafına və populyarlaşmasına dəstək məqsədilə AİF tərəfindən təsis olunan peşəkar İnternet mükafatıdır.

Mətbuat Konfransında Milli Net-2009 Müsabiqəsinin məqsədi, qaydaları, mərhələləri, qiymətləndirmə meyarları haqqında məlumat veriləcək .

Mətbuat Konfransında Milli Net – 2009 Müsabiqəsinin rəsmi saytı – http://www.millinet.az   təqdim olunacaq.

Mətbuat konfransı 30 sentyabr 2009-cu il tarixdə saat 12-də TREND İnformasiya Agentliyinin konfrans zalında keçiriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə