TREND İnformasiya Agentliyində Azərbaycan İnternet Forumunun təsis etdiyi Milli Net-Milli İnternet Mükafatının təqdimatına həsr olunan mətbuat konfransı keçirlib.Konfransda media nümayəndələri ilə yanaşı İT sahəsində fəaliyyət göstərən müxtəlif şirkətlərin nümayəndələri də iştirak edib.
Mətbuat Konfransında Milli Net-2009 Müsabiqəsinin məqsədi, qaydaları, mərhələləri, qiymətləndirmə meyarları haqqında məlumat verilib .Konfransda,həmçinin, Milli Net – 2009 Müsabiqəsinin rəsmi saytı – http://www.millinet.az təqdim olunub.
AİF prezidenti , Müsabiqənin Təşkilat Komitəsinin nümayəndəsi Osman Gündüz mətbuat konfransını açaraq Milli Net haqqında, Müsabiqənin məqsədləri və mərhələlərin haqqında məlumat verib. O, Mükafatın hər il müxtəlif sahələrdə fəaliyyət göstərən milli internet resurslarına və İKT sahəsindəki layihələrə müsabiqə üsulu ilə veriləcəyini bildirib.
Milli Net müsabiqəsinin keçirilməsində məqsədin ölkədə internet sektorunun inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarət olduğu qeyd olunub. Müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə veriləcəyi vurğulanıb.
İki mərhələdə keçiriləcək səsverməni internet peşəkarlarından və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Münsiflərə hər hansı aidiyyatı olan saytların Müsabiqədə iştirakına yol verilmir. İnternet istifadəçilərinin səsvermə prosesində iştirakına yol verilmədiyi bildirilib , lakin onların qeydiyyatdan keçərək müsabiqəyə buraxılan saytlara şərh vermək imkanlarının olduğu vurğulanıb.
Münsiflər Heyətinin verdiyi səslər Müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az saytında yerləşdirilir.
Müsabiqənin təşkilati işlərini AİF tərəfindən formalaşdırılan Təşkilat Komitəsi aparacaq.
Müsabiqədə 11 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.
Milli Net 2009 müsabiqəsində iştirak etmək istəyənlər 01 oktyabr 2009-cu il tarixindən başlayaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat prosesi noyabrın sonunda yekunlaşacaq. İddiaçılar 2 ay müddətində www.millinet.az saytında qeydiyyatdan keçə bilərlər. Cari ilin sonunda müsabiqənin yekunlaşdırılması və qaliblərin mükafatlandırılması məqsədilə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.
Müsabiqənin təşkilat komitəsinin üzvləri Vahid Qasımov və Amid Quliyev, tam olaraq elektron formada həyata keçirilən iştirakçıların və saytların Qeydiyyatı, səsvermə prosesləri və www.millinet.az resursunun imkanları haqqında məlumat veriblər.
Mətbuat Konfransında jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Milli Net müsabiqəsinə HP, Azercell, Delta Telecom şirkətləri dəstək verirlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri