Gmaildən yenilik: Bundan sonra mesajlarınızı səhv ünvanları göndərməyəssiz

15-10-2009 / 09:02

Gmail göndərdiyiniz mesajlara diqqət yetirəcək. Bəzən bir imeyli səhvən ünvandakı ada oxşar başqa bir yerə göndəririk. Gmail bunun qarşısını almaq üçün göndərilən məktubu bir müddət ərzində geri qaytarma xüsusiyyətini yaratmışdı.

İndi isə bu xüsusiyyətdən əlavə başqa bir yenilik də edildi. Gmail-in Əlavə xatırlatma xüsusiyyəti səhv göndərilən mesajların qarşısını alacaq.

Mesajınızın içərisində sözləri araşdıraraq, göndərmək istədiyinizdə qarşınıza gələn “Səhv adamdırmı?” xüsusiyyəti, mesajlarınızın yalnız doğru alıcılara getməsini təmin etməyə çalışır. Bu xüsusiyyət mesajınızı daha çox e-poçt göndərdiyiniz bənzər adamlardan əslində hansına göndərmək istədiyinizi təsbit edib lazımlı gördüyündə sizi xəbərdar edə bilir.

Google bu xüsusiyyətin hələ test mərhələsində olduğunu açıqlayıb. Gmail hər dəfə qəti nəticə verə bilməyəcəyi haqda istifadəçiləri xəbərdar edir.

Əlavə xatırlatma xüsusiyyətini Gmailin Labs hissəsinin altından aktivləşdirmək mümkündür


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə