ADA-da magistraturaya tələbə qəbulu başlanıb

28-10-2009 / 15:36

Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında 2010-2011-ci tədris ili üçün Beynəlxalq münasibətlər və diplomatiya üzrə iki illik magistraturaya tələbə qəbulu başlanıb. İngilis dilində olacaq təhsil proqramı Azərbaycan və xarici ölkə vətəndaşları üçün nəzərdə tutulub. Magistratura bakalavr dərəcəsini yeni bitirənlərlə yanaşı, həmçinin müəyyən iş təcrübəsinə malik insanlar üçün nəzərdə tutulub. Tərtib olunmuş təhsil proqramı dövlət müəssisələrində müvafiq sahələr üzrə işləyənlərin peşəkarlığının artırılması üçün də yaxşı vasitədir. Təhsilin əyani olmasına baxmayaraq, ADA tələbələrinə həftədə 20 saatdan çox olmamaq şərti ilə işləməyə icazə verilir.

Tələbə qəbulu ilə bağlı qaydalarla tanış olmaq istəyənlər ADA-nın vebsaytına (www.ada.edu.az) müraciət edə bilərlər. Magistratura proqramı və tələbə qəbulu haqqında daha ətraflı məlumat almaq üçün oktyabrın əvvəlindən başlayaraq, hər həftənin 3-cü günü saat 16:00-da, Azərbaycan və ingilis dillərində keçirilən Məlumat sessiyalarında iştİrak etmək olar.

Maraqlananlar ADA-nın vebsaytında və ya Diplomatik Akademiyaya müraciət etməklə qeydiyyatdan keçə bilərlər. (Əlaqə üçün; Tələbə qəbulu şöbəsinin əməkdaşı Günay Ziyadova, Tel: 437 32 35; [email protected])


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə