Azərbaycanın İT şirkəti Almaniya şirkəti ilə tərəfdaşlıq haqda razılaşma imzalayıb

25-11-2009 / 16:07

Azərbaycanın “Sinam” şirkəti təhsil üçün nəzərdə tutulmuş proqram həllərinin işlənib hazırlanması ilə məşğul olan Almaniyanın “İMC” şirkəti ilə tərəfdaşlıq haqda razılaşma imzalayıb.

Şirkətin başı ofisindən  verilən məlumata görə, “İMC” şirkəti “Learning Management Systems” (LMS) bazarının lideridir. Tərəfdaş statusu “Sinam” şirkətinə təhsildə həll və proqram məhsullarının tətbiqi ilə məşğul olan “İMC” şirkətinin məhsul və həllərinin lokallaşdırılması ilə məşğul olmağa imkan verəcək.

“İMC” şirkətinin “Learning Management System - CLIX”, “Rapid Authoring System - Lecturnity”, “High End authoring tool - Powertrainer”, “Electronic Performance Support System (EPSS) - Livecontext” və “Open Content Community - Slidestar” kimi məhsulları var. “Sinam” şirkəti “İMC”-nin bəzi proqram məhsullarını artıq Azərbaycanda uğurla tətbiq edir.

Xatırladaq ki, “Sinam” şirkəti Azərbaycanın informasiya texnologiyaları bazarında 14 ildir fəaliyyət göstərir. “Sinam” yerli bazarda müasir informasiya texnologiyalarının və həllərinin təchizatçısıdır. Şirkətin fəaliyyəti Azərbaycanın müxtəlif institutlarının biznes-proseslərinin səmərəliliyinin artırılmasına və optimallaşdırılmasına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, həmçinin yeni Azərbaycan cəmiyyətində informasiya mübadiləsinin təkmilləşdirilməsinə istiqamətlənir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə