Xeberler.az APA-ECONOMICS-ə istinadən bildirir ki, bu sualı Microsoft-Azerbaijan-ın direktoru Teymur Axundov cavablandırıb. Axundov bildirib ki, dekabrda Microsoft şirkətində birinci maliyyə yarımilinə yekun vurulacaq: "Çünki bizdə maliyyə ili iyulun 1-dən başlayır. Ümumilikdə biz işlərin gedişindən razıyıq: Microsoft yerli bazarda kifayət qədər məşhurdur, bizim tərəfdaşlıq şəbəkəmiz uğurla inkişaf edir, dövlətlə də sıx əməkdaşlıq edirik. Məsələn, Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirlikləri ilə birgə “Xalq kompüteri” və “Elektron imza” kimi layihələri həyata keçiririk.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanından ilk dövlət təşkilatıdır ki, bütün kompüter parkında Microsoft şirkətinin proqram təminatını “Enterprise Agreement” razılaşması əsasında lisenziyalaşdırıb.
Biz Təhsil Nazirliyi ilə də məhsuldar işləyirik. Təhsil sahəsində layihələr bizim korporasiyanın fəaliyyətinin prioritet istiqamətlərindən biridir. “Uşaqların internetdə təhlükəsizliyi” pilot layihəsi uğurla başa çatdırılıb, mütəmadi olaraq innovativ müəllimlər müsabiqəsi keçiririk. Bu yaxınlarda Braziliyada keçirilmiş Microsoft-un İnnovativ Təhil üzrə V Ümumdünya Forumunda dünyanın bütün ölkələrinin məktəblərindən müəllimlər toplaşmışdılar. 110 ölkədən yüzlərlə müəllim dünya əhəmiyyətli bu tədbirdə iştirak etmək üçün uğrunda mübarizə aparırdı. Beynəlxalq seçim nəticəsində onlardan yalnız 30-u seçildi. Sevinc hissi ilə qeyd etmək istərdik ki, Bakının 7 saylı orta məktəbi tədbirdə Azərbaycanı təmsil etmək hüququ qazanmışdı. Bütün bu layihələr Microsoft-un “Təhsildə tərəfdaşlıq” adlanan xüsusi proqramı çərçivəsində həyata keçirilir.
BakuTel-in 4-7 noyabrda keçirilmiş yubiley sərgisində biz yeni Windows 7 əməliyyat sistemini anons etdik və bu, yüksək səviyyəli qonaqlar da daxil olmaqla bütün iştirakçıların diqqətini cəlb etdi. Microsoft Azərbaycan bazarında yeganə beynəlxalq İT şirkətidir ki, özünün əsas məhsullarını Azərbaycan dilinə uyğunlaşdırıb."
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri