“Microsoft” Azərbaycandakı fəaliyyətinə dair hesabat təqdim edib

25-12-2010 / 11:36

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Microsoft” cari ildə Azərbaycandakı fəaliyyətinə dair hesabat təqdim edib.

Bu il “Microsoft” Azərbaycanda yeni Windows 7 əməliyyat sistemini təqdim edib. 2010-cu ildə Azərbaycanda “Windows 7”nin Azərbaycan dilli versiyası da təqdim edilib. “Windows 7”nin lokallaşdırılması nəticəsində “Microsoft” məhsullarında istifadə olunan komanda və sözlərdən ibarət Azərbaycan lüğəti (Glossary) yaradılıb və interfeys Azərbaycan dilinə lokallaşdırılıb (Language Interface Pack).

2010-cu ildə “Microsoft” Azərbaycan şirkəti Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və HP şirkəti ilə birlikdə, eləcə də yerli tərəfdaşları olan “Bestcomp” və ULTRA şirkətlərinin dəstəyi ilə əhalinin müxtəlif təbəqələrinin yüksək keyfiyyətli kompüter və lisenziyalı proqramlarla təmin olunmasına istiqamətlənən “Xalq Kompüteri” layihəsinin yeni mərhələsinə başlayıb. Yeni mərhələdə güzəştli şərtlərlə kompüter almaq imkanından məktəb müəllimlərindən başqa tələbə, şagird və ali məktəb müəllimləri də bəhrələnə biləcəklər.

Bu il korporasiyanın Azərbaycan nümayəndəliyi təhsil sistemi çərçivəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsindəki fəaliyyətini davam etdirib. Qeyd edək ki, şirkət 2008-2012-ci illərdə Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramının reallaşdırılmasında iştirak edir. Məhsuldar əməkdaşlıq çərçivəsində “Microsoft” şirkəti Azərbaycanda yerli innovativ müəllimlər müsabiqəsini keçirir. Sözügedən müsabiqənin qalibləri ölkəni Avropa və dünya forumlarında təmsil edirlər. Ümumiyyətlə, dünyanın aparıcı proqram təminatı istehsalçısı Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsini yüksək qiymətləndirir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə