Azərbaycanda İntellektual mülkiyyət və piratlığa qarşı mübarizə haqqında qanun qəbul olunacaq

08-12-2009 / 12:58

Müəllif Hüquqları Agentliyi "İntellektual mülkiyyət hüquqlarının təminatı və piratlığa qarşı mübarizə" haqqında qanun layihəsi hazırlayıb. Bu barədə bazar ertəsi "Müəllif hüquqları və rəqəmsal şəbəkə: piratlığa və bununla əlaqədar problemlərə qarşı mübarizə" seminarı zamanı Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib.

"Qanun layihəsinin işlənib hazırlanması artıq bütünlüklə başa çatıb və baxılması üçün müvafiq dövlət orqanlarına göndərilib ", - İmanov deyib.

Onun sözlərinə görə, qanun layihəsi bütün razılaşmalardan keçib və yaxın vaxtlarda baxılması üçün ölkənin Nazirlər Kabinetinə göndəriləcək.

Agentlik sədri deyib ki, qanunun qəbul olunması Azərbaycanın piratlıq səviyyəsinin aşağı salınması və intellektual mülkiyyətin müdafiəsi üzrə gördüyü tədbirlərdən biridir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə