Apple Microsoftu keçdi

28-05-2010 / 04:48

NASDAQ birjasının bugünkü məlumatına görə Apple-nin hissələri Microsoftu keçib.

 

Amerika Birləşmiş Ştatlarında texnologiya firmalarının hissələrini açıqlayan NOSDAQ birjasının verdiyi bu xəbər APPLE düşərgəsində böyük sevinclə qarşılanıb.

 

Ümumilikdə, 227 milyard dollarlıq hissələrə sahib olan APPLE əzəli rəqibi Microsoftu 4 milyard dollar qabaqlayıb. NASDAQ-ın məlumatına görə, Microsoftun dəyəri 223 milyard dollardır.

 

Microsoft şirkəti bu geriləmədən narahat olmadığını bildirib. Şirkət 2010-cu ilin ikinci rübündə yenidən zirvəyə yüksələcəyinə əmindi. Apple-nin də zirvəni əldən verməyəcəyi gözlənilir.

 

Bizə isə bu iki dünya nəhənginin mübarizəsini izləmək qalır.

 

Hacıbəy Heydərli


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə