“Microsoft” dünyada üçüncü yerə enib

24-05-2011 / 01:18

“Microsoft” korporasiyası informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən dünyanın aparıcı şirkətləri arasında bazar kapitallaşmasına görə üçüncü yerə enib.

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, IBM korporasiyası Amerika fond birjalarında “Windows istehsalçısını geridə qoya bilib. IBM-in kapitallaşma göstəricisi 207,5 milyard dollar, “Microsoft”-un müvafiq göstəricisi 206,5 milyard dollar olub.
 
IBM-in qiymətli kağızları Nyu-York Fond Birjasında (NYSE), “Microsoft”-un səhmləri isə “Nasdaq” yüksək texnologiyalar birjasında təmsil olunur.

Son dəfə IBM kapitallaşmaya görə “Microsoft”-u 15 il bundan əvvəl üstələyə bilib.

Bundan əvvəl IBM dünyanın üç ən iri İT-şirkəti sırasından “Google” kimi internet-nəhəngi kənarlaşdıra bilib. Bu, 2011-ci ilin yanvar ayında qeydə alınıb.

Öz növbəsində 2010-cu ilin may ayına kimi reytinqə “Microsoft” başçılıq edirb, lakin sonradan “Apple” şirkəti liderliyi proqram təminatı istehsalçısından alıb. “Apple”-nin kapital dəyəri hazırda 308,8 milyard dollar civavrında qiymətləndirilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə