BLOQOSFER 2010-un nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirildi

28-09-2010 / 21:39

Bu gün (28 sentyabr ) Azərbaycan Media Mərkəzində bloggerlərin və yeni media mütəxəssislərinin I Forumu -Bloqosfer 2010-nun nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Konfransa Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu, USAİD, ABŞ Səfirliyi, Unibank, Counterpart və Nexus dəstək veriblər.

\\\\\\\"Bloqosfer 2010\\\\\\\" layihəsinin koordinatoru Azər Nəzərovun sözlərinə görə, müzakirələrin gedişində iştirakçılar qeyd ediblər ki, Azərbaycanda reklam verənlər bloqlara xüsusi diqqət yetirmirlər, regionlarda bloqların səviyyəsi aşağıdır, bloqlarda və yeni media vasitələrində Azərbaycan dilinin qaydalarına lazımi diqqət verilmir, multimedia imkanlarından tam və həmişə düzgün istifadə olunmur, bloqların davamlılığı problemi var.

Azərbaycan İnternet Forumun (AİF) prezidenti Osman Gündüz də bu məsələlərə toxunub. Onun dediyinə görə, bloqçulara güzəştlər edilməli, onların internetdən istifadəsi asanlaşmalıdır.

Bu problemlərin həlli üçün konfransda 20 təklif qəbul edilib. Qərara alınıb ki, reklam agentliklərinə və reklam verənlərə keyfiyyətli bloqların imkanlarını nəzərə almaları ilə bağlı müraciət edilsin, rayon kitabxanaları İnternetə qoşulsun, icra hakimiyyəti başçılarına və digər strukturlara ictimai İnternet-resurs mərkəzləri yaratmaq məqsədilə müraciət olunsun, mobil operatorlardan 3G xidmətinə görə tarifləri endirmək  və onu bütün regionlara tətbiq etmək xahiş edilsin, regionlarda keyfiyyətli ADSL xidmətləri təklif edilməsi üçün İnternet provayderlərə müraciətlər göndərilsin, “Elektron hökumət” layihəsi çərçivəsində işlər tezləşdirilsin.

Sonda UniBank kartlarının qaliblərinin adları açıqlanıb.

Bloqosfer haqqında ən maraqlı yazı:

Anar Əliyev – Bloqosfer 2010,

Rüfət Əhmədzadə – Duzosfer,

Hacı Hacıyev (Əhməd Muxtar) – Bloqosferin məzəli kard arxası yazıları qalib adını qazanıb.

Nə üçün Unibank bloqçulara dəstək olmalıdır?

Tural Babayev – Unibank: “Nə üçün bloqçular?”

Xatırladaq ki, Bloqosfer-2010 forumu cari ilin 10-12 sentyabr tarixlərində Xudat rayonunun Nabran kəndində keçirilib.

Forumun məqsədi bu sahədəki fəaliyyətin mübadiləsi idi. Təşkilatçılar İnformasiya Texnologiyaları, İnternet və Media İctimai Birliyi, “BarKamp Azərbaycan” və Azərbaycan İnternet Forumu olub.

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.