Parlament seçkiləri ilə bağlı ödənişli təbliğat-təşviqat kampaniyasına qoşulmaqla bağlı Mərkəzi Seçki Komissiyasına müraciətlərin qəbulu müddəti bu gün başa çatır.
MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib ki, kampaniyada iştirak etmək niyyətində olan KİV-lər bu gün saat 18.00-a kimi quruma müraciət edə bilərlər. Müəyyən olunmuş müddətdən sonra edilən müraciətlər qəbul olunmayacaq və həmçinin müraciət etməyən KİV-lərin seçki təbliğatına qoşulması qanuna zidd sayılacaq.
Azər Sarıyev bu günə qədər ödənişli təşviqata qoşulan KİV-lərin siyahısını da açıqlayıb. Onun sözlərinə görə, 32 qəzet, 13 agentlik, 6 televiziya və radio müraciət edib. Maraqlıdır ki, bu siyahıda ANS, SPACE, AZAD AZƏRBAYCAN, LİDER VƏ XƏZƏR televizyalarının adı yoxdur.
Qəzetlər:
“Reytinq”, “Üç nöqtə”, “Yeni Müsavat”, “Qələbə”, “Xalq Cəbhəsi”, “Qafqazinfo.az”, “Şərq”, \\\"525-ci qəzet\\\", \\\"Palitra\\\", \\\"Paritet\\\", \\\"Bizim Yol\\\", \\\"Demokrat\\\", \\\"Modern.az\\\", \\\"Azərbaycan gəncliyi\\\", “Ana Kür”, “Azərbaycan, “Türküstan”, “Ekspress”, “Fakt”, “Zaman”, “Həftə içi”, “Kaspi”, “Milli yol”, “Olaylar”, “Təzadlar”, “Səs”, “Millətçilik”, “Mərkəz”, \\\"Unikal\\\", “Yeni Təfəkkür”, “Paralel”, “Xural”.
Agentliklər:
“Trend”, “Day.az”, “MİA”, “AZADİNFORM”, “Vesti.az”, “Lent.az”, “APA”, “deputat.az”, “Səs”, “Sosial İnformasiya Agentliyi”, “Hədəf” İnformasiya Agentliyi, “qaynar.info”.
Televiziya və radiolar
\\\"Antenn\\\" Müstəqil Teleradio Kompaniyası, \\\"Dünya\\\" Müstəqil Teleradio Şirkəti, \\\"INRADIO.AZ\\\" xəbər portalı, \\\"Kəpəz\\\" Müstəqil Teleradio Şirkəti, EL Televiziya Şirkəti, \\\"Mingəçevir\\\" Müstəqil Teleradio Şirkəti.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri