Bakıda “Bank sektorunun müasirləşdirilməsi üçün innovasiya həlləri” seminarı keçirildi

01-11-2010 / 16:37

28 oktyabr 2010-cu il tarixində Bakıda ULTRA (Bakı), “Sistem Texnologiyaları” (Minsk) və Oracle (Bakı) şirkətlər alyansı tərəfindən təşkil olunmuş “Bank sektorunun müasirləşdirilməsi üçün innovasiya həlləri”  mövzusunda seminar keçirilib. Tədbir Park İnn otelinin Dan Ulduzu konfrans zalında baş tutdu. Seminarda biznesin gələcəkdə inkişafı və sabitləşməsi üçün informasiya texnologiyalarının effektiv istifadəsində maraqlı bank və maliyyə strukturlarının 40-dan çox mütəxəssisi iştirak etmişdir.

ULTRA  şirkətinin prezidenti Tahir Mirkişili və “Sistem Texnologiyaları” Birgə Məhdud Məsuliyyətli Cəmiyyətinin başçısı Aleksnadr Mukovozçik seminarı açıq elan etmişdilər. Seminarın əsas məsələləri tərəfdaş təşkilatlar tərəfindən işlənib hazırlanan və tətbiq edilən  həllərin və İT texnologiyaların nəzərdən keçirilməsindən, həmçinin əməkdaşlığın aktual istiqamətlərinin müzakirəsindən ibarət idi. Tahir Mirkişili qeyd etdi ki, “bankdaxili proseslərin həyata keçirilməsində informasiya texnologiyaları artıq köməkçi funksiyanı yerinə yetirmir, hətta İT biznes-proseslərin ən mühüm tərkib hissəsinə çevrilmişdir. – Şöbələrin məqsədlərinə və tələblərinə uyğun olaraq yaradılan və fəaliyyət göstərən düzgün qurulmuş İT-infrastruktur bank rəhbərliyinə və işçilərinə  təşkilat daxilində və ondan kənarda baş verən prosesləri tam olaraq anlamağa kömək edir, daimi dəyişən mühit şəraitinə tez uyğunlaşmağa, opertiv olaraq yeni müştəriləri tapmağa və yeni xidmətləri sürətlə bazara çıxarmağa imkan verir”.

Seminarın iştirakçıları “Sistem Texnologiyaları” BMMC direktor müavini Aleksandr Şapoşnikovun “ST.BANK.İT platforması əsasında bank sektorunda müştəri yönümlü  yanaşma ST.BANK.İT.CRM İnteqrasiya olunmuş CRM-sistemi” və “Sistem Texnologiyaları” BMMC direktor müavini Aleksandr Yermakoviçin “Müştəriyə daha yaxın. ST.BANK.İT platforması əsasında elektron bankinqin yaradılması” məruzələrində öz əksini tapmış fiziki və hüquqi şəxslərin distansiyalı (məsafəli) bankinqin təşkil olunması üçün ən yeni həllərlə tanış ola bildilər.  Bundan əlavə, tədbirdə Oracle şirkətinin təmsilçisi olan Ersun Engelin \"Security InsideOut\" məruzəsində çoxfunksiyalı proqram platforması təqdim olunmuşdur. Seminarda həmçinin bank strukturlarının işi zamanı texniki məqamlar, xüsusən server otaqlarının təchizatı məsələsinə baxılmışdır. Bu barədə ətraflı olaraq öz məruzəsinə ULTRA şirkətinin infrastruktur həllər üzrə direktoru Ruslan Romanenko məlumat vermişdir. Həmçinin “ST.BANK.İT platforması əsasında baknda kredit konveyerinin təşkili. Kredit sənədlərinin dövriyyəsi” məruzəsində hazırda banklar üçün daha aktual olan banklarda kredit sisteminin təşkili və müasirləşirilməsi məsələləri əks olunmuşdur.
“Şirkət tərəfindən təklif olunan məhsulların və həllərin üstünlüyü avtomatlaşdırılmaya kompleksli yanaşmadan ibarətdir, bu da bütün mühəndislik, sistem-texniki və texnoloji həllərin konseptual bütövlülüyünü təmin etməyə imkan verir. Sistem inteqratorunun vəzifəsi müxtəlif sistemləri və məhsulları əlaqələndirmək və nəticədə vahid sistem yaratmaqdan ibarətdir. Məhz belə sistem mühüm dərəcədə iş vaxtına qənaət etməyə, bank müştəriləri ilə effektiv işi qurmağa imkan verəcək, rəqabət üstünlüklərini, məlumatın və biznesin təhlükəsizliyini, həmçinin investisiyaların qorunmasını təmin edəcək” sözləri ilə Aleksandr Mukovozçik seminara yekun vurdu və onu bağlı elan etdi.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə