Bu il Azərbaycandakı məktəb müəllimlərinin 38%-i İKT üzrə təlimlərdən keçəcək

25-11-2010 / 11:56

Bu ilin sonunadək Azərbaycanın ümumtəhsil müəssisələrinin müəllimlərinin 38%-i İKT üzrə təlimlərdən keçəcək.

Bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib. Nazirin sözlərinə görə, hazırda ölkədəki ümumtəhsil müəssisələrində 160 min müəllim çalışır ki, 2010-cu ilin sonunadək onların 38%-i sözügedən təlimlərdən keçəcək, bu da 64 mindən artıq müəllimin İKT sahəsində bacarıqlara yiyələnməsi deməkdir: «Gələcəkdə isə biz bu rəqəmi 114 minə çatdırmaq niyyətindəyik ki, nəticədə müəllimlərin 67%-i təlimlərdən keçəcək».

M.Mərdanov ona da qeyd edib ki, artıq 2 il Azərbaycanda davam edən və hazırda icra olunan «Xalq kompyuteri» layihəsindən 9 mindən artıq müəllim yararlanaraq kompyuterə sahib olub. «Bizim məqsədimiz yaxın gələcəkdə hər bir şagirdi bir ədəd kompyuterlə təmin etməkdir», - deyə M.Mərdanov bildirib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə