«Apple»in ilk kompyuteri hərracda satılıb

25-11-2010 / 18:10

«Christie’s» hərracında Amerikanın «Apple» şirkətinin ilk modellərindən biri «Apple-1» kompyuteri satışa çıxarılıb.

Hərracın qalibi kompyuterə 133 250 funt-sterlinq ödəyib. Hərracın nümayəndəsi bildirib ki, bu satış hərracda indiyədək satılan bütün kompyuterlər arasında rekord vurub. Lot hərraca sentyabrın əvvələrində çıxarılıb. Hərrac sahibləri lotdan 100-150 min funt sterlinq qazanmağı nəzərdə tutmuşdular. Lenta.ru yazır ki, «Apple-1» kompyuteri 1976-77-ci illərdə buraxılırdı. Bu müddət ərzində 200 belə kompyuter istehsal olunub.

Kompyuterləri əsasən, «Apple» şirkətinin banisi Stiv Voznyak evinin qarajında yığıb. Hərracda iştirak edən Stiv Voznyan bildirib ki, bu kompyuterləri o pulsuz paylayırdı. Amma həmin vaxt onu 666,6 dollara sifariş etmək mümkün idi. İndiki pulla isə onun qiyməti 2 560 dollara bərabərdir.

mənbə: merkez.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə