2010-cu ilin üçüncü rübündə Kanadanın Research in Motion (RIM) şirkəti 14,2 milyon BlackBerry smartfonu sata bilib. Bu göstərici üzrə RIM cari ilin iyun-sentyabr ayları ərzində 14,1 milyon iPhone satmış Apple şirkətini geridə qoyub.
2009-cu ilin sentyabr-noyabr ayları ərzindəki müddətlə müqayisədə BlackBerry-nin satış həcmi 40 faiz artıb. Bu zaman sonuncu rübdə şirkət fəaliyyəti boyu rekord satış göstəriciləri əldə edib. Həmin müddətdə onun mədaxili həmçinin 2009-cu illə müqayisədə 40 faiz artaraq 5,5 milyard ABŞ dolları olub.
Bu göstəriciləri RIM BlackBerry smartfonlarının stabil istifadəçi bazası, eləcə də əvvəlcədən ödənilmiş ucuz qiymətli servislər hesabına əldə etməyə müvəffəq olub.
Xatırladaq ki, BlackBerry ABŞ-ın smartfon bazarının lideridir. İyun ayında isə dünyada 100 milyonuncu BlackBerry smartfonu satılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri