Sarı mətbuatın orqanı- Weekly World News

09-01-2011 / 15:42

\"Weekly World News\" əksər hallarda şayiə və \"qəribə, şok\" xəbərlər dərc edən qəzet kimi tanınırdı. 1979-cu ildə yaradılmış bu qəzet 2007-ci ilədək sırf \"sarı\" tabloid formatında olub və əsasın ABŞ-dakı supermarketlərdə satılıb.
Qəzetin sevimli mövzuları \"yarı insan, yarı yarasa adamlar\", \"yadplanetlilərlə görüş\"lər, \"ölümündən sonra dirilmiş Elvis Presli\" ilə müsahibələr, habelə ABŞ-ın banilərinin \"homoseksuallığı\" barədə \"araşdırma\"lar idi.

Son illərdə cəmi 80 min tirajla satılan qəzet bağlanandan sonra onun internetdə saytı qalıb.
Saytı \"Bat.Boy.LLC\" şirkəti maliyyələşdirir.
\"Facebook\"un bağlanması barədə yayılmış xəbər ironiya doğurub. Amerikalıların dediklərinə görə, Maykl Ceksonun dirilməsi və ya Arnold Şvartsneggerin rep oxumağa başlaması ehtimalı \"Facebook\"un bağlanması təxminindən daha realdır.
Xatırladaq ki, birja kapitallaşma dəyəri artıq 33,6 milyard dollara yaxınlaşmış \"Facebook\" bu yaxınlarda səhmlərini satışa çıxarmağa hazırlaşır.

Üstəlik, Mark Sukerberq istəsə belə, \"Facebook\"un fəaliyyətini dayandıra bilməz, çünki o, sosial şəbəkənin səhmlərinin sadəcə, 24 faizinə malikdir.
Səhmlərin 76 faizi isə müxtəlif şirkətlər və şəxslərdədir.

Və ən nəhayət, \"Weekly World News \"in isterik çalarlı xəbərinə ABŞ ilə yanaşı, dünyanın nüfuzlu mass-media strukturlarının əsla diqqət verməmələri də vəziyyətin nə yerdə olduğunu göstərir.
Ona görə \"Facebook\" istifadəçiləri narahat olmasın.

İnternetdəki ən böyük sosial şəbəkə bağlanan deyil.///milli.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə