“Google” pullu internet qəzet çıxaracaq

11-09-2009 / 16:01

“Google” şirkəti internet üzərindən yayımlanan qəzetləri oxuyanların qəzetlərə ödəniş etməsini təmin edəcək sistem üzərində işləyir. SİA-nın məlumatına görə bu barədə ABŞ-ın Harvard Universiteti nəzdində olan Nieman Journalism Lab təşkilatı açıqlama verib.

Təşkilatın açıqlamasına görə, ABŞ Qəzetlər Birliyinin (NAA) belə bir ödəmə sisteminin yaradılacağı mövzusunda məlumatlandırılmasından sonra “Google” NAA-ya planını təqdim edib.

Nieman Journalism Labın internet saytındakı xəbərdə, mətbuatla əlaqəsi “həssas” olan “Google”un mətbuata belə bir imkan təmin etmək istəməsini “sürpriz” kimi qiymətləndirilib. Belə ki, ABŞ-dakı qəzetlər “Google”un xəbər saytı olan “Google News”-un oxucuları qəzetlərin saytlarına istiqamətləndirdiyi və qəzetlərə ödəmə etmədiyi üçün şiddətlə tənqid edirdi. Buna qarşılıq olaraq “Google” istifadəçilərini qəzetlərin internet saytlarına istiqamətləndirəcəyi sistemi üçün mətbuatdan ödəniş almağı düşünmür.

İndi isə ABŞ-dakı qəzet və jurnallar azalan reklam gəlirlərini necə artıracaqlarını düşünürlər. “Google” NAA-ya təqdim etdiyi planında reklamın hələ mətbuatın ən önəmli gəlir qaynağı olduğunu, ancaq internet istifadəçilərinin qəzetlərə ödəyəcəyi ödənişin də “çölə atılmayacağını” bildirib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə