Nokia-nın mənfəəti 30% azalıb

17-10-2008 / 19:17

Dünyanın ən iri mobil telefon istehsalçısı Nokia şirkəti cari ilin III rübünə dair maliyyə hesabatı təqdim edib.
Telefonların orta buraxılış qiymətlərinin enməsi və Nokia-nın yüksək-texnoloji qurğular bazarında payının azalması ilə əlaqədar şirkətin mənfəəti 1,56 mlrd. avro təşkil etmiş ötən ilin III rübü ilə müqayisədə 30% enib və 1,09 mlrd. avro olub.
Nokia-nın satış səviyyəsi isə 5,1% enərək 12,2 mlrd. avro təşkil edib. Hər iki göstərici analitiklərin proqnozlarından aşağı olublar. Analitiklərin məlumatlarına əsasən cari ilin III rübündə şirkətin satış səviyyəsinin 12,7 mlrd., mənfəətinin isə 1,12 mlrd. avro təşkil edəcəyi gözlənilirdi.

xəbərlər.az/Ələkbər


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə