“Nokia” 1800 əməkdaşını ixtisar edib

22-10-2010 / 15:31

Dünyanın aparıcı mobil telefon istehsalçılarından olan Finlandiyanın “Nokia” korporasiyası 1800 əməkdaşını ixtisar edib.

Şirkətin yaydığı rəsmi açıqlamada bildirilir ki, ixtisarlar xərclərin azaldılması proqramı çərçivəsində aparılıb.

Cari ilin III rübünün maliyyə hesabatını da açıqlayan “Nokia”nın satış həcmi son bir il ərzində 5% artaraq 10,3 mlrd. dollara çatıb.

Qeyd edək ki, ötən ilin oktyabr ayında “Nokia” şirkəti son on ildə ilk dəfə zərərə uğradığını bəyan edib. 2009-cu ilin III rübünün yekunlarına əsasən, şirkət 559 mln. avro zərərə uğrayıb. Ötən ilin əvvəlində xərclərin azaldılması üçün “Nokia” 1500 əməkdaşını ixtisar edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə