Online dünya nəhəngləri “Webrazzi Summit 2011″-də toplanır

27-09-2011 / 22:39

19 Oktyabr 2011-ci il tarixində İstanbulda "Point Hotel Barbaros"'da Webrazzi 2011 beynəlxalq telekommunikasiya sammiti reallaşacaq.

Webrazzi Türkiyənin Texnologiya bloqudur. Bu bloq Web 2.0, Sosial Media ve Digital Marketinq mövzularında ən populyar yazıların olduğu bir bloqdur.

Webrazzi ötən ildən etibarən "Webrazzi Summit" adlandırdıqları beynəlxalq tədbirlər keçirməyə başlayıb. Ötən il dünyadakı 277 fərqli şirkətdən 750 nəfərin iştirakı ilə keçirilən konfrans bu il oktyabr ayının 19-da olacaq. Konfransın spikerləri isə dünyaca məşhur olan müxtəlif texnologiya şirkətlərindəndir.

2011 Webrazzi Summit-inin spikerlərindən bu ana qədər adları açıqlananlar isə bunlardır:
Christian Hernandez Gallardo (Beynəlxalq İqtisadi İnkişaf Departamenti, Facebook), Claire Diaz Ortiz (Korporativ Sosial İnovasyon İdarəçisi, Twitter), Imran Akram (Fidelity Growth Partners), Jan Rezab (Socialbakers.com), Mike Read ( comScore Europe), Rand Fishkin (SEOmoz), Reshma Sohoni (Seedcamp), Robin Waters (Yazar, TechCrunch), Sina Afra (CEO, Markafoni), Mattias Ljungman (Atomico Ventures), Vincent Lambert (sədr müavini, Summit Partners), Yossi Vardi (Qurucu İnvestor, ICQ və online sms xidməti).

Tədbirin əsas mövzularına gəldikdə isə, təşkilatçılar tərəfindən hələ ki, Digital Marketing, Sosial Media, E-commerce, Venture Capital, Angel Investment, Online Oyun, Mobil App-lar qeyd olunur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə