Hüquqi şəxslərin elektron qeydiyyatına (elektron imzanın tətbiqiylə) başlanacaq

06-02-2012 / 17:49
Yaxın günlərdə Azərbaycanda hüquqi şəxslərin elektron qeydiyyatı (elektron imzanın tətbiqiylə) başlayacaq. Bu barədə Vergilər nazirliyi məlumat verib.

Birinci mərhələdə elektron imzadan istifadə etməklə  yerli kapitalla MMC-lər (Məhdud Məsuliyyətli Cəmiyyətlər) qeydiyyatdan keçə biləcəklər.

Bu yenilik Azərbaycan Vergilər Nazirliyi tərəfindən ölkədə “Elektron hökumət” qurmaqla bağlı qəbul edilən tədbirlər çərçivəsində həyata keçirilir. Qeyd edək ki, bu, ölkə rəhbəri tərəfindən 2004-cü ilin iyulun 14-də imzalanmış “Milli E-İdarəçilik Şəbəkəsi Təşəbbüsü” layihəsinin əsas hissəsini təşkil edir. Layihəyə əsasən Azərbaycanda elektron idarəetmənin inkişafı nəzərdə tutulub.

“Elektron hökumət” Avropa proqramına 20 əsas xidmət daxildir (12-si dövlət sektoru, 8-i kommersiya sektorunda xidmət). Onlar internet vasitəsilə dövlət orqanları tərəfindən göstərilən xidmətlər haqqında informasiya, dövlət satınalmaları barədə elanlar, vergi bəyannamələrini və statistik sənədləri vermək, vətəndaşları doldurmaq üçün hazır formalarla təmin etmək və doldurulan formaları elektron poçtla yollamaq imkanı ilə təmin etmək, tam əməliyyat həyata keçirmək, həmçinin mühüm dövlət sənədləri ilə işləməyə imkan verir.

Elektron xidmətlərin vahid sisteminin tətbiqi dövlət və vətəndaşlar arasında əlaqələri daha da yaxşılaşdırır, inzibati effektivliyi və dövlət xidmətlərinə girişi artırır.

 Seide, Xeberler.az

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə