Milli domenlərin qeydiyyatı sahəsində dözülməz vəziyyət hələ də qalmaqdadır

20-09-2012 / 13:31
AİF rəhbəri Osman Gündüz milli İnternet ünvanların - .az domeninin qeydiyyatının tənzimlənməsindəki uzun müddətdən bəri davam edən ciddi problemlərlə  bağlı yenidən Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova  məktub ünvanlayıb.

Məktubda dəfələrlə bu problemin qaldırılmasına baxmayaq  milli domenlərin qeydiyyatı sahəsində dözülməz vəziyyətin hələ də davam etdiyi bildirilib.
Xüsusən qarşıdakı dövrdə  ölkədə Beynəlxalq İnternet İdarəçiliyi Forumun keçirilməsini nəzərə alaraq bu problemin həllinə xüsusi diqqət  yetirilməsinin vacibliyi vurğulanıb.

Müraciətdə  qanunvericilikdə nəzərdə tutulduğu qaydada tənzimləyici infrastrukturun , həmçinin normal Qeydiyyat qaydalarının yaradılmadığı bir daha diqqətə çatdırılıb
Müraciətdə şəxsən Nazir tərəfindən bir neçə dəfə tapşırıq verilməsinə baxmayaraq bu istiqamətdə aidiyyatı məsul şəxslər tərəfindən  ciddi səylərin göstərilmədiyi bildirilib. Bütün  bunların nəticəsində isə  ölkədə .az domeninin qeydiyyatı prosesində  ciddi  qüsurların olduğu, şəffaflığın təmin edilmədiyi, inhisarçılığın mövcud olması, sui-istifadə hallarına  yol  verildiyi, beynəlxalq normalara uyğun online  qeydiyyat sisteminin yaradılmadığı bildirilib.

Məktubda   milli internet ünvanların qeydiyyatının Telekommunikasiya haqqında  qanunda və beynəlxalq normalarda nəzərdə tutulduğu qaydada legitimləşdirilməsi istiqamətində addımlarım atılmasının vacibliyi qeyd edilib.
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə