ATƏT nümayəndələrinə Azərbaycanda həyata keçirilən İKT layihələrindən danışılıb

06-03-2013 / 10:16
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşüb.
 
Nazirlikdən Xəbərlər-ə verilən məlumata görə, görüşdə nazir dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, müasir məhkəmə binalarının inşası, hakimlərin sayının artırılması, onların Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi və tədrisi barədə məlumat verib.
 
ATƏT-in ölkəmizlə sıx əməkdaşlıq etdiyini bildirən səfir qısa zamanda məhkəmə-hüquq sistemində aparılan uğurlu islahatları, infrastrukturun müasirləşdirilməsini, ən son informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və Avropa standartlarına uyğun müasir penitensiar müəssisələrin yaradıldığını deyib.
 
K.Tarqay Azərbaycanın ədliyyə və məhkəmə sahəsindəki nailiyyətlərinin beynəlxalq aləmdə geniş təbliğ olunmasının əhəmiyyətini bildirib, Ədliyyə Nazirliyi ilə səmərəli və işgüzar münasibətlərdən məmnunluğunu ifadə edərək, qarşılıqlı fəaliyyətə dair konkret təkliflər irəli sürüb.
 
 
Xeberler.az
 

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə