Milli klaviatura düzülüşü tətbiq edilib

29-10-2013 / 20:45

Azərbaycan dilində olan yeni klaviatura düzülüşü Windows Əməliyyat Sisteminin növbəti versiyasına inteqrasiya edilib.

Microsoft Azerbaijan şirkətindən Xeberler.az-a verilən məlumata əsasən, təkmilləşdirilmiş yeni klaviatura düzülüşünü Azərbaycan Milli Elmlər Akademiyası təklif edib, hazırlayıb və Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi onu yeni milli standart kimi qəbul edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sifarişi ilə yeni klaviatura düzülüşünü Microsoft Azerbaijan şirkəti Windows 8.1 Əməliyyat Sisteminin növbəti versiyasına inteqrasiya edib ki. İstifadəçilər istəyə uyğun olaraq, həm yeni, həm də bundan öncəki klaviatura düzəlişindən yararlana bilərlər.

Qeyd edək ki, Azərbaycan dilində olan yeni klaviatura düzülüşü optimallaşdırılıb və istifadədə daha rahatdır. Yeni düzülüşdə əvvəlkindən fərqli olaraq Azərbaycan dilinin bütün nüansları nəzərə alınıb.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə