“Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat” mövzusunda ictimai müzakirə keçiriləcək.

24-06-2014 / 09:51
Sabah , 25 iyun tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Multimedia Mərkəzi və
 
Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın təşkilatçılığı ilə “Vətəndaşların e-
xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat” mövzusunda Dəyirmi Masa keçiriləcək.

 
Dəyirmi Masada mövcud elektron xidmətlərdən istifadənin populyarlıq səviyyəsi, 
 
elektron xidmətlərdən istifadə sahəsində mövcud problemlər və onların aradan 
 
qaldırılması, elektron xidmətlərin təqdim edilməsi prosesində vətəndaşların 
 
rahatlığı və xidmətin operativliyinin təmin edilməsi, vətəndaşlar arasında elektron 
 
xidmətlərlə bağlı məlumatlılıq səviyyəsi ətrafında müzakirələr aparılacaq.
 

Təqdirdə mövzu ilə bağlı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə 
 
Dövlət Agentliyinin bölmə müdiri Ulduz Xəlilova, Elektron Hökumət Portalının 
 
əməkdaşı İlqar Abdullayevin və Multimeda Mərkəzinin direktoru, Elektron 
 
xidmətlərin təşviqi üzrə İctimai Şuranın kordinatoru Osman Gündüzün 
 
təqdimatları olacaq.
 

Dəyirmi Masada dövlət orqanlarının, Vətəndaş Cəmiyyəti qurumlarının və 
 
beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
 
Tədbir Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 
 
və Elektron Hökumət Portalı ilə əməkdaşlıq şəraitində keçirilir.
 
 

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə