Multimedia Mərkəzinin “Onlayn Media 2014” layihəsi çərçivəsində jurnalistlər üçün təşkil etdiyi təlimlər 27-31 oktyabr saat 14.00 – 17.00-da AMEA İnformasiya Texnologiyaları İnstitutunun Təlim Mərkəzində keçiriləcək.
Təlimlərin məqsədi ölkədə informasiya cəmiyyəti quruculuğundan, xüsusilə elektron hökumət quruculuğundan yazan jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərməkdir. Təlimləri hər il olduğu kimi İKT və media sahəsində çalışan peşəkar mütəxəssislər aparacaq.
Xeberler.az bildirir ki, təlimlər jurnalistlərə uyğun xüsusi Proqram əsasında keçiriləcək. Proqramda sosial mediadan effektiv istifadə imkanları, multimedia jurnalistikası, internetdə reklam, mobil internet və mobil texnologiyalar, onlayn şəffaflıq və informasiya azadlığı, elektron hökumət və açıq hökumət, kibercinayətkarlıq sahəsi ilə əlaqəli mövzular öz əksini tapıb.
Təlimlərdə müxtəlif media subyektlərində çalışan jurnalistlər, Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr – gənc jurnalist və bloqçular iştirak edəcəklər .
Təlimi uğurla başa vuranlara sertifikatlar veriləcək.
Adı çəkilən Layihə çərçivəsində həmçinin jurnalistlər, bloqçular və tələbələr üçün nəzərdə tutulan Onlayn Media müsabiqəsi də hazırda davam edir. Müsabiqə üçün məqalələr və müsabiqə çərçivəsində mikrobloqçularun yazdığı tvitlər noyabrın 15-nə kimi qəbul olunur.
“Onlayn Media 2014” layihəsini Multimedia Mərkəzi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA Informasiya Texnologiyaları İnstitutu, Nar Mobile və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirir.
Geniş məlumat: www.telim.orgTeleviziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri