Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Avropa Komissiyasının tədqiqat və innovasiya üzrə proqramı Horizon-2020 çərçivəsində Şərq Əməkdaşlığına həsr edilmiş “İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində Tədqiqat və İnnovasiya” məlumat günü keçirilib.
Xebebrler.az-a AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Avropa Birliyi (AB), Avropa Komissiyasının Kommunikasiya Şəbəkələri, Kontent və Texnologiyalar üzrə Baş Direktorluğu, AMEA və Regional İnnovasiya Texnologiyaları Akademiyası tərəfindən maliyyələşdirilən iki layihənin dəstəyi və AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə Avropa komissiyasının üzvləri, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin İKT təşkilatlarının ekspertləri, təhsil, elmi-tədqiqat və sənaye müəssisələrinin nümayəndələri iştirak edib.
Tədbirdə Horizon-2020 proqramı çərçivəsində Avropa Birliyi, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, həmin təşkilatların İKT sahəsində birgə fəaliyyət imkanları müzakirə olunub, AB nümayəndələri ilə həyata keçirilən bu cür görüşlər elm və biznes əlaqələri ilə yanaşı, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində də böyük əhəmiyyətə malik olduğu bildirilib. Bu əməkdaşlıq həmin ölkələr arasında elmi-texnoloji inkişaf və İKT tədqiqatları sahəsində siyasi dialoqun yaradılmasına yardım edəcək.
Xeberer.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri