Previous Next
Bağla

Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

08-10-2016 14:11
Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

 AMEA İnformasiya Texnologiyaları İnstitutunda İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının icraçı direktoru Dr. Meir Zadok, Vayzmen İnstitutunun İmmunologiya fakültəsinin professoru Rut Arnon və rəsmi qrupla görüş keçirilib.

İnstitutdan Xeberler.az-a verilən məlumata görə,  istinadən xəbər verir ki, burada başlıca məqsəd İnstitutun fəaliyyəti ilə tanışlıq və iki qurum arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

İnstitutun fəaliyyət istiqamətləri haqqında məlumat verən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev  informasiya texnologiyaları və cəmiyyətinin müxtəlif problemləri üzrə aparılan elmi-tədqiqatlar, İT sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı, elmi əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işlərdən danışıb: “İnstitutun AzScienceNet elm kompüter şəbəkəsi Akademiyanın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli internet xidmətləri göstərir. Elm və təhsil şəbəkələri üzrə milli operator olaraq Azərbaycan elminin dünya elminə inteqrasiyasında mühüm rol oynayır. Eyni zamanda, AzScienceNet Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT Assosiasiyasının üzvüdür. Bundan əlavə, Azərbaycan bu ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet şəbəkəsi üzərindən Pan-Avropa elm və təhsil şəbəkəsinə 1 Gbit/s sürətlə çıxış imkanı əldə edib”.

İnstitut direktoru bildirib ki, AzScienceNet-in GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə Şərqi Avropa ölkələrini birləşdirən elm və təhsil üzrə yüksəksürətli regional internet şəbəkəsinin yaradılması, bu ölkələrin Avropanın elektron elm infrastrukturuna qoşulması üçün Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “EaPConnect” (Eastern Partnership Connect) layihəsində Azərbaycanı təmsil edir: “Sözügedən layihə Avropa ilə Şərq Tərəfdaşlığı (ŞT) ölkələri arasında rəqəmsal fərqin aradan qaldırılması, ŞT ölkələrinin Avropa şəbəkələrinə, o cümlədən elmi informasiya resurslarına yüksəksürətli çıxışının təmin olunması məqsədi daşıyır”.

Elektron elmin texnoloji platforması AzScienceNet-in Data Mərkəzində olan qonaqlara şəbəkənin imkanları barədə məlumat verilib:

"Bu il şəbəkənin hesablama gücü 15 TFlops, xarici yaddaşın həcmi 400 TB, internetə qoşulma sürəti isə 1,41 Gbit/s-yə çatdırılıb və 5 000 kompüter şəbəkəyə qoşulub. Mərkəzdə AMEA-nın institut və təşkilatlarına “Cloud Computing”, “Hosting”, “Eduroam” kimi bir sıra xidmətlər göstərilir.

Sonda İnformasiya Texnologiyaları İnstitutu və İsrail Təbiət və Humanitar Elmlər Akademiyası arasında əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsi, Azərbaycanda İsrailin elm sahəsindəki təcrübəsinin öyrənilməsi, birgə layihə, tədqiqatların həyata keçirilməsi, kadr və təcrübə mübadiləsinin zəruriliyi vurğulanıb.

 

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

29-03-2019

AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

06-01-2023

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

25-06-2015

“Ölkədə distant tədris mərkəzlərinin sayı artırılacaq”

08-01-2016

İnformasiya cəmiyyəti və elektron elm quruculuğu istiqamətində işlər sürətlənib

12-06-2015

Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

15-02-2017

AzScienceNet şəbəkəsi üzərində yeni xidmətlər yaradılacaq

06-04-2016

Yeni institut AzScienceNet-ə qoşuldu

08-06-2017

“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” müzakirə olunacaq

29-03-2015

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

07-10-2016

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017

İnformasiya Texnologiyaları İnstitutu hosting xidməti göstərir

04-01-2013

İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

23-07-2020

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzinin açılışı olub

19-10-2016

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017

Tibb Universitetində qlobal şəbəkə rouminqi xidməti istifadəyə verilib

29-04-2026

Distant tədris mərkəzlərinin fəaliyyəti genişləndirilir

06-04-2016

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası keçirilib

01-05-2020

AzScienceNet-in infrastrukturu yenidən qurulub

29-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə