Previous Next
Bağla

Avropa təşkilatları İnformasiya Texnologiyaları İnstitutunda aparılan elmi tədqiqatları dəstəkləyir

17-07-2020 15:55
Avropa təşkilatları İnformasiya Texnologiyaları İnstitutunda aparılan elmi tədqiqatları dəstəkləyir

Xeberler.az bildirir ki, bu fikri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun onlayn iclasında çıxışı zamanı səsləndirib.

Akademik bildirib ki, Azərbaycanda COVID-19 virusunun geniş yayılması və bununla bağlı ölkədə xüsusi karantin rejiminin elan olunmasına baxmayaraq, institut prioritet istiqamətlərdə elmi tədqiqatları və beynəlxalq əməkdaşlığı davam etdirir, qurumun alimləri tərəfindən hazırlanmış məqalələr dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında çap olunur.

AMEA-nın vitse-prezidenti İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik Bölməsindən olan alimlərin sənaye təyinatlı avtomatik obyektlərdə kiberfiziki sistemlərin tətbiqi və onların təhlükəsizliyi ilə bağlı birgə tədqiqat apardığını diqqətə çadırıb. Bildirib ki, NATO təşkilatının “Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı” çərçivəsində hazırlanan qrant layihəyə bu təşkilat artıq müsbət rəy verib: “Dünyanın müxtəlif ölkələrindən olan aparıcı alimlərin cəlb edildiyi, Avropa Birliyinin dəstəklədiyi layihə ilə bağlı bizim institutda beynəlxalq konfransın keçirilməsi də nəzərdə tutulur”.

Sonra alim Belarusun paytaxtı Minsk şəhərində keçirilən Şərq tərəfdaşlığı ölkələrinin iclasında Minskdə “İKT Mərkəzi”nin yaradılması təşəbbüsünün irəli sürüldüyünü, bu təşəbbüsün həyata keçirilməsi ilə bağlı Azərbaycanın da münasibət bildirməsinin təklif olunduğunu qeyd edib.

Akademik Şərq Tərəfdaşlığı ölkələrindən biri kimi Azərbaycanın da “İKT Mərkəzi”nin təsis olunmasında yaxından iştirakının zəruri olduğunu vurğulayıb. Bildirib ki, rəhbərlik etdiyi qurum geniş imkanlara malik olacaq belə bir mərkəzin yaradılmasını dəstəkləyir. Bu prosesdə bütövlükdə AMEA-nın fəal iştirakı məqsədəuyğundur.

“Qeyd olunanlar Avropa Birliyi və NATO kimi nüfuzlu təşkilatların institutda aparılan elmi tədqiqatları dəstəklədiyini bir daha sübut edir. Bu, bizim uğurumuzdur”, - deyə alim əlavə edib.

R.Əliquliyev, həmçinin 2021-ci ildə rəhbərlik etdiyi institutda iki mühüm beynəlxalq konfransın keçiriləcəyini, həmin tədbirlərin təşkili ilə bağlı mütəmadi olaraq müzakirələrin aparıldığını, hazırlıq işlərinin görüldüyünü nəzərə çatdırıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NATO-nun dəstəyi ilə kibertəhlükəsizliyə dair beynəlxalq konfrans keçiriləcək

01-10-2021

“Dünyada İKT üzrə ən qabaqcıl bilikləri cəmiyyətə ötürürük”

11-10-2016

İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

23-07-2020

İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

04-05-2026

İnstitutda mobilliyi və çevikliyi təmin edən maddi-texniki baza formalaşdırılmalıdır

08-06-2020

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013

AMEA və TÜBİTAK arasında 4-cü layihə müsabiqəsinin təşkili ilə bağlı müzakirələr aparılıb

30-05-2022

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017

Azərbaycanda NATO-nun dəstəyi ilə beynəlxalq konfrans keçirilir

27-10-2021

İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

06-03-2026

AzScienceNet-in infrastrukturu yenidən qurulub

29-04-2016

Akademik:“Alimlərin qarşısında duran əsas problem keyfiyyətli elmi-tədris təyinatlı onlayn kontentlərdir”

28-09-2022

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası keçirilib

01-05-2020

FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

26-07-2022

“İKT-nin problemlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir”

14-10-2016

Aleksandr Sergeyev İnformasiya Texnologiyaları İnstitutunda olub

22-05-2019

Microsoft Azərbaycanda növbəti sertifikatlaşdırma mərkəzi yaradır

02-03-2017

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

19-05-2026

"Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri" mövzusunda konfrans keçiriləcək

19-10-2020

“Mərkəzdə distant tədris prosesi də həyata keçirilir”

23-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə