Turizm İnstitutunda antivirus təminatı həyata keçiriləcək

12-12-2014 / 13:24

“Azərbaycan Turizm İnstitutunda informasiya sistemlərinin təhlükəsizliyini artırmaq üçün antivirus təminatı həyata keçiriləcək”.

Məlumatı Xeberler.az-a İnstitutun prorektoru Eldar Aslanov verib.

Prorektor vurğulayıb ki, informasiya təhlükəsizliyi məsələsi bugün ən vacib məsələlərdən biridir:

“Tələbələr, professor-müəllim heyəti haqqında, imtahanların nəticəsi və s. kimi məlumatların elektron bazasının qorunması, təminat altında olması gərəklidir. Orijinal antivirus proqramı olmasa, ali məktəbdə olan böyük həcmli məlumatlar risk altına düşə bilər. Buna görə də, İnstitut “Mif Təchizat LTD” şirkəti ilə müqavilə çərçivəsində antivirus proqram təminatı həyata keçirəcək”.

Mədəniyyət və Turizm Nazirliyi Turizm İnstitutunun informasiya təhlükəsizliyini təmin etmək məqsədi ilə müqavilə bağlayıb. Maliyyə Nazirliyinin müvafiq bazasında yer alan məlumata görə, “Mif Təchizat LTD” şirkəti ilə bağlanılmış müqavilənin dəyəri 11min 800 manat təşkil edir.

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə