Ailə TV talassemiyalı uşaqlara dəstək oldu

13-12-2014 / 10:16

Ailə TV və Ailə NET brendlərinin sahibi, Caspian Telecom şirkəti Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində qanvermə aksiyası təşkil edib. Məlumat Xeberler.az-a  Caspian Telecom-un mətbuat xidmətindən verilib.

Məlumatda bildirilir ki, Ailə TV-nin mərkəzi ofisində keçirilən aksiyaya şirkətin əməkdaşları və rəhbərliyi qoşulub. Aksiya zamanı toplanan qan vəsaiti talassemiyadan əziyyət çəkən uşaqların müalicəsinə sərf olunacaq.

Beynəlxalq Talassemiya Federasiyasının üzvü, Azərbaycan Talassemiya Assosiasiyasının vitse-prezidenti Gülgün Abbasova aksiyadan razılığını ifadə edib: “Azərbaycanda 1000-dən çox talassemiyalı uşaq Mərkəzi Qan Bankının qeydiyyatındadır, bu da hər ay 2000 donor deməkdir. Təəssüf, xəstələrin sayı dinamik artır və donor çatışmazlığı problemi günü-gündən aktuallaşır. Bugünkü dəstəyə görə mən Ailə TV ailəsinə öz təşəkkürümü bildiriləm”. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə