“Dilmanc Çağrı Mərkəzi” - insan nitqinə adekvat cavab verən sistemdir”

16-12-2014 / 16:17

“Dilmanc Çağrı Mərkəzi” (Dilmanc call centre) Azərbaycanda insan nitqini başa düşərək ona adekvat cavab verən ilk belə sistemdir.

Xeberler.az-a danışan Dilmanc Proqramçılar qrupunun rəhbəri Rauf Fətullayev sistemin həm də təbii dili başa düşdüyünü, nitqi analiz etdiyini, cavablar bazasından ona uyğun təklifləri generasiya edib səsləndirdiyini bildirib.

Rauf Fətullayev sistemin ilk dəfə “Bakutel-2014” sərgisində nümayiş olunduğunu söyləyib: “Sistem bizə imkan verdi ki, yeni nəsil çağrı mərkəzləri yaradaq. Bu vasitə ilə təkrarlanan suallardan azad olmaq, çağrı mərkəzlərinin xərclərini azalmaq, hər gün çoxlu zəng qəbul etmək mümkün olacaq. Bunlar uzun illər aparılan tədqiqatların nəticəsidir”.

“Dilmanc” milli tərcümə sisteminin yaradılmasına rəsmi olaraq 2005-ci ildən start verilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) ilə BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində  yaradılıb. 

Jalə Şahinqızı

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə