Elektron xidmətlərlə bağlı hesabat təqdim olunub

23-12-2014 / 08:53

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi dekabrın 22-si Beynəlxalq Mətbuat Mərkəzində elektron xidmətlərlə bağlı hesabat təqdim edib.  

Hesabatda bildirilir ki, vətəndaş və biznes sektoru üçün əhəmiyyət kəsb edən 30 elektron xidmət monitorinq olunub. Məlum olub ki, 30 elektron xidmətdən 14-ü (47%) onlayn şəkildə istifadəçiyə çatır, 6-sı (20%) elektron müraciət mərhələsinə kimi elektronlaşıb, 10-u isə (33%) informasiya mərhələsindədir, ya da ümumiyyətlə elektron mühitdə təmsil olunmur.

İnformasiya mərhələsində olan xidmətlərin əksəriyyəti sosial istiqamətli elektron xidmətlərdir, biznes sektoru ilə bağlı elektron xidmətlər isə nisbətən yaxşı inkişaf edib.

Hesabatın təqdimatında qeyd olunub ki, vətəndaşların qeydiyyatı (pasport, şəxsiyyət vərəqələrini dəyişmək, sürücülük vəsiqəsini əldə etmək, avtomobil nömrələrini onlayn sifariş vermək, qeydiyyatda olan vətəndaşlıq vəziyyəti sənədlərini əldə etmək), eləcə də sosial yönümlü (iş axtarışı və müavinətlərin verilməsi) elektron xidmətlərin inkişafı vətəndaşların həyatını daha da asanlaşdıra bilər, elektron gömrük bəyannamələrinin tətbiqi, biznes lisenziyalarının elektronlaşması, dövlət satınalmaları sahəsində elektron xidmətlərin inkişafı isə biznes mühitinin inkişafı üçün önəmli olardı. /mediaforum.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə