Nazirlik yubiley sessiyası keçirəcək

08-01-2015 / 15:39

2015-ci ilin may ayında Bakı şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun (İSİ) 50 illiyinə həsr olunmuş yubiley sessiyası keçiriləcək.

Tədbirin təşkilatçıları Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, (RYTN), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutudur. Tədbir İSİ-də baş tutacaq.

Qeyd edək ki, institutun yaranma tarixini Azərbaycan Elmlər Akademiyasındakı Neft ekspedisiyası nəzdində 1952-ci ilin mayında еlektromodelləşdirmə laboratoriyasının təşkil olunduğu vaxtdan hesablamaq olar. Neft ekspedisiyasının yenidən təşkili ilə əlaqədar olaraq laboratoriya 1956-cı ildə Elmlər Akademiyasının Fizika və Riyaziyyat, 1958-ci ildə isə Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun tərkibinə daxil edilmiş və Hesablama Mərkəzi adlandırılıb.

50-ci illərin sonunda respublikaya universal rəqəmli hesablama maşınlarının gətirilməsi hesablama üsulları və proqramlaşdırma sahələrində tədqiqatların aparılmasına təkan verib, bu da öz növbəsində 1960-cı ildə Hesablama Mərkəzinin Elmlər Akademiyasının tərkibində müstəqil təşkilata çevrilməsinə əsas yaradıb. (olaylar)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə