Xəbərlər.az saytı “Mənim 100-lüyüm” adlı yeni bir layihəyə start verir.
“Mənim 100-lüyüm” layihəsində sosial şəbəkələrin bizə verdiyi imkanlardan yararlanaraq sorğu məqsədilə 100 nəfərlik qrup yaradılır. Qrup üzvləri arasında İnformasiya texnologiyaları, İnternet və sosial media ilə bağlı müxtəlif fikirlər, mövzular, gündəm yarada bilən hər bir məlumatlar üzrə sorğular keçirilir.
Sorğunun nəticələri maraqlı 10 şərhlə sizə təqdim olunur.
Seçilən 100 nəfər isə tanınan və ətrafımızda olan insanlar içərisindən milli mənsubiyyəti, peşəsi, yaşı, siyasi və dini görüşü müxtəlif, ən əsası, hadisələrə dair şəxsi fikir sahibi olan insanlardır.
Layihənin məqsədi bir həftəlik sorğularda məsələyə müxtəlif prizmalardan baxmaq, sadə dildə müzakirə etmək, fikirləri sizə təqdim edərək nəticəni müqayisəli şəkildə sizin çıxarmağınıza nail olmaqdır.
Ümid edirik ki, tezliklə “Mənim 100-lüyüm” sizin də 100-lüyünüz olacaq.
Günel Hacı
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri