“Xarici radiostansiyaların Azərbaycanda yayımı hüquqi müstəvidə həll olunmalıdır”

22-11-2008 / 18:54

“Xarici radiostansiyaların Azərbaycanda yayımı hüquqi müstəvidə həllini tapmalıdır. Bu, hüquqi tənzimləmə məsələsidir, onu digər məsələlərlə qarışdırmaq olmaz”. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli APA-ya açıqlamasında ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Devid Kremerin “Azərbaycan hökuməti ilə görüşdən sonra məndə belə bir təəssürat yaranıb ki, xarici radiostansiyaların Azərbaycanda yayımı davam edəcək” fikrinə münasibət bildirərkən deyib. Şura sədrinin sözlərinə görə, xarici radiostansiyaların yayımı məsələsinə MTRŞ-nin dekabrın ortalarında keçiriləcək iclasında qəti aydınlıq gətiriləcək.

N. Məhərrəmli onu da bildirib ki, AzTV-nin “Amerikanın səsi” televiziyasının “News flash” proqramının yayımının dekabrın 31-dən dayandırılacağı ilə bağlı xəbərdarlıq məktubu da MTRŞ-nin müraciəti əsasında verilib.

www.apa.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə