“Şou proqramlar artıq bəlaya çevrilib. Bu yalnız Azərbaycanda yox, bütün dünya ölkələrində belədir. Şou xarakterli verilişlərin həddindən artıq baş alıb getməsi, bizi məcbur etdi ki, “Mədəniyyət” kanalı yaradaq. Ümid edirik ki, bu kanal öz üzərində düşən işi görəcək. Bizim əsas məqsədimiz dövlətin yardımı ilə bu sahəyə xüsusi diqqət ayırmaqdır”. Bu sözlər xeberler.az-a eksklüziv müsahibəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
O, Mədəniyyət Televiziyasının AZTV-yə verilməsi haqda da danışıb: “Rəqabət mühiti yalnız özəl qurumlar üçün xarakterikdir. Amma dövlət özü istədiyi qədər kanal aça bilər, dünya ölkələrində də bu belədir. Türkiyədə TRT-nin, Rusiyada RTR-in nə qədər kanalı var, burada heç bir problem yoxdur. Amma özəl qurumlara 2-dnə artıq proqram vermək təbii ki, rəqabət mühitinin pozulması olardı. Məhərrəmli həmçinin deyib ki, sahə xarakterli kanallar böyük ölkələr üçün xarakterikdir: “Tematik kanallar kiçik ölkələr üçün o qədər effekt vermir. Amma Azərbaycanda həm idmanla bağlı, həm mədəniyyətlə bağlı dövlətin xüsusi siyasət yeritdiyini nəzərə alaraq biz belə bir işə getmişik. Hesab edirəm ki, bu doğru bir addımdır”.
MTRŞ sədri həmçinin Azadlıq radiosunun Azərbaycanda yayımının bərpası haqda da danışıb: “Biz Azərbaycanın teleradio məkanında milli qanunvericiliyə uyğun olaraq hərəkət edirik. Azərbaycanda olan telekanallar, radiostansiyalar milli yayımçılar üçündür. Xarici radiostansiyaların Azərbaycanda yayımı yalnız kabel televiziyasıyla və internetlə mümkündür. Azadlıq radiosu da istisna deyil”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri