Acer E-Ten brendini 2009-cu ildə ləğv edəcək

03-12-2008 / 08:37

Məlumdur ki, Acer şirkəti sentyabrda Glofiish brendi altında olan Windows Mobile kommunikatorlarının  istehsalçısı E-Ten-i əldə etmişdi. Indi Acer, şirkətin strukturunda bəzi dəyişikliklər edir və E-Ten gələn ildən ləğv olunmağa başlayacaq.

Fudzillanın məlumatına görə, Glofiish brendi yəgin ki, saxlanılmayacaq. Çox güman ki, Acer öz qurğuları üçün daha uyğun marketinq adı yaradacaq. O da deyilir ki, məhsulların hazırlanmasında, xüsusən də mobil qurğuların  bölünməsində Acer Packard Bell və Gateway komandasının işçilərini cəlb edir.  Hələlik Acer  şirkətinin strukturunun görünüşü bəlli deyil. Yalnız o məlumdur ki, dəyişikliklər çox olacaq. Acer-in son qazandıqlarının hamısını biznes-modelində tətbiq etmək o qədər də asan deyil.

E-Ten haqda mənbə məlumat verir ki, ilin sonuna kimi yeni qurğular gözləməyə dəyməz. Çünki, 900 seriyasına daxil olan modellərin istehsalı ləngiyir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə