“Acer” şirkətinin rəhbəri istefa verib

04-04-2011 / 00:59

2008-ci ildən etibarən Tayvanın “Acer” şirkətinin prezidenti və icraçı direktoru vəzifəsində çalışan Canfranko Lançi istefa vermək qərarına gəlib.

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən məlumatına görə, top menecerin şirkəti tərk etməsinin səbəbi isə onun direktorlar şurasının əksər üzvləri ilə “Acer”in gələcək inkişaf istiqamətinə dair fikir ayrılıqları olub.


Tərəflər hətta bir neçə aylıq dialoqdan sonra razılığa gələ bilməyiblər. Tayvan şirkətinin rəhbərinin vəzifələrini müvəqqəti olaraq direktorlar şurasının sədri Cey Ti Vonq icra edəcək.

Xatırladaq ki, Canfranko Lançi “Acer”-ə 1997-ci ildə ABŞ-ın “Texas Instruments” şirkətindən keçib. Onun rəhbərliyi altında “Acer” satış həcmini xeyli artırıb, “TravelMate” noutbuklarının və “AspireOne” netbuklarının istehsalına başlayıb. Prezident vəzifəsinə Canfranko Lançi 2005-ci ildə, icraçı direktor vəzifəsinə isə 2008-ci ildə təyin edilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə