Previous Next
Bağla

İnstitutda mobilliyi və çevikliyi təmin edən maddi-texniki baza formalaşdırılmalıdır

08-06-2020 15:41
İnstitutda mobilliyi və çevikliyi təmin edən maddi-texniki baza formalaşdırılmalıdır

Xeberler.az bildirir ki, bu fikri AMEA-nın vitse-prezidenti İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Elmi şuranın onlayn iclasında çıxışı zamanı səsləndirib.

İclasda institutun  texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov AzScienceNet elm-kompüter şəbəkəsinin xüsusi karantin rejimindəki fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, mart-aprel aylarında EapConnect layihəsi çərçivəsində İnternet backup (ehtiyyat) xəttinin  1Gb/s sürətə çatdırılması, AzEduNet şəbəkəsi ilə AzScienceNet şəbəkəsi arasındakı əlaqə kanalından istifadə edilən kommunikasiya avadanlıqlarında 10 Gbit/san  portların aktivləşdirilməsi və xəttlərin qeyd edilən portlara qoşulması işləri aparılmışdır.

R.Ələkbərov qeyd edib ki, 10 fevral 2020-ci il tarixindən AMEA-nın bəzi institut və təşkilatlarında CloudNet adlı yüksək təhlükə dərəcəsinə malik troyan virusu aşkarlanmış, təcili tədbirlər nəticəsində bu problem aradan qaldırılmışdır.

O, koronavirus pandemiyası dövründə AzScienceNet şəbəkəsinin fasiləsiz iş rejimində fəaliyyətini davam etdirməsi üçün institut əməkdaşlarından ibarət İşçi qrupun yaradıldığını, əməkdaşların Verilənlərin Emal Mərkəzinin fəaliyyətinə növbətçilik prinsipi əsasında texniki dəstək göstərdiklərini söyləyib. Alim pandemiya dövründə AMEA-nın əsas binasında yerləşən institutlarda əməkdaşların kompüterlərində videokonfransların təşkili üçün “Zoom Meeting” proqramının quraşdırılmasına köməklik göstərildiyini də qeyd edib.

Həmçinin Fiziologiya İnstitutunun AzScienceNet şəbəkəsinə qoşulması üçün yeni optik kabellərin çəkilməsi, LoLa-xidmətinin Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında istifadəyə verilməsi, Fizika İnstitutunun şəbəkə infrastrukturunda yeni intellektual kommutatorların quraşdırılması ilə bağlı görülən işlər haqqında məlumat verib.

İnstitutun maddi-texniki bazasının vəziyyəti haqqında danışan direktor müavini bu elmi müəssisədə 7 ədəd kommutator, 2 ədəd marşrutizator tipli avadanlığın sazlandığını və şəbəkədə istifadəyə verildiyini nəzərə çatdırıb. Bildirib ki, hazırda institutda AzScienceNet şəbəkəsi üzərindən yüksək standartlara uyğun videokonfrans sisteminin  yaradılması üçün intensiv işlər aparılır.

Akademik Rasim Əliquliyev AMEA-nın qarşısında duran vəzifələrin icrasında AzScienceNet şəbəkəsinin xüsusi rolunu önə çəkərək şəbəkənin infrastrukturunun təkmilləşdirilməsi, texniki imkanlarının  artırılması və maliyyələşdirilməsi ilə bağlı tövsiyələr verib. Alim institutda mobilliyi və çevikliyi təmin edən maddi-texniki bazanın formalaşdırılmasının müasir dövrün tələbi olduğunu diqqətə çatdırıb, rəhbərlik etdiyi qurumda fəaliyyət göstərən alim və mütəxəssislərin bu prosesdə fəal iştirakının zəruri olduğunu deyib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzScienceNet şəbəkəsinin Əsasnaməsi hazırlanıb

13-07-2020

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017

Yeni institut AzScienceNet-ə qoşuldu

08-06-2017

İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

23-07-2020

Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

15-02-2017

İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

29-03-2019

AzScienceNet-in maddi-texniki bazası gücləndirilir

20-09-2015

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018

18 təhsil müəssisəsi AzScienceNet şəbəkəsinə qoşulub

20-09-2019

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016

AzScienceCert-in fəaliyyəti genişləndirilir

09-02-2016

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017

Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

25-02-2016

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

25-06-2015

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası keçirilib

01-05-2020

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

07-10-2016

“Ölkədə distant tədris mərkəzlərinin sayı artırılacaq”

08-01-2016

İT-nin çoxaspektli problemləri araşdırılır

10-02-2017

Naxçıvan Dövlət Universitetində LOLA audiovizual yayım sistemi qurulacaq

25-01-2020

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019

AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

09-07-2015

AMEA İnformasiya Texnologiyaları İnstitutunda görüş keçirildi

10-06-2015

Bu instituta AzScienceNet-in virtual maşınlarından istifadə hüququ verildi

24-10-2017

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzinin açılışı olub

19-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə