Previous Next
Bağla

AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

09-07-2015 15:27
AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Elektron elmin texnoloji platforması olan AzScienceNet elm-kompüter şəbəkəsinin (EKŞ) infrastrukturunun 95 faizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi ilə fiber-optik kabel əsasında qurulub.

AMEA-dan Xəbərlər-ə verilən məlumata görə, şəbəkənin texniki imkanlarının artırılmasından sonra internetə çıxış sürəti 270 Mbit/san-yə çatdırılıb və 4000-dən çox fərdi kompüter bu şəbəkəyə qoşulub.
 
Hazırda şəbəkənin Data Mərkəzinin hesablama gücü 14 teraflops, yaddaşının həcmi isə 200 terabayt təşkil edir.
 
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, akademik Rasim Əliquliyev bu fikri AMEA Rəyasət Heyətinin iclasında 2015-ci il üçün AMEA üzrə Elektron elmin inkişafina dair Fəaliyyət Planı haqqında çıxışı zamanı səsləndirib.
 
İTİ-dən bildirilib ki, akademik AzScienceNet şəbəkəsinin fasiləsiz istismarı və inkişafının təşkili, Data Mərkəzin istismarı, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və maddi-texniki bazasının gücləndirilməsi, AMEA üzrə böyük hesablama gücünə və yaddaş resurslarına tələbatı olan elmi araşdırmalara İnternet üzərindən bulud servislərinin göstərilməsi, o cümlədən AMEA üzrə Wi-Fi və Eduroam şəbəkə infrastrukturunun genişləndirilməsi, AMEA-nın regional elmi bölmə və mərkəzlərində distant tədris mərkəzlərinin yaradılması və onların fəaliyyətinin dəstəklənməsi istiqamətlərində planlaşdırılmış işlərin AMEA üzrə Elektron elmin inkişafına dair Fəaliyyət Planında öz əksini tapdığını söyləyib.
 
Qeyd edib ki, AMEA çərçivəsində AzScienceNet üzərindən "Elm TV” İnternet televiziyasının daxili şəbəkəsinin yaradılması və elmi müəssisə və təşkilatların veb-resurslarının Data Mərkəzdə saxlanılması, o cümlədən hostinq xidmətlərinin dəstəklənməsi və digər istiqamətlərdə məqsədyönlü tədbirlər həyata keçirilir.
 
Müxtəlif təyinatlı informasiya sistemlərinin yaradılması məsələsinə toxunan R.Əliquliyev AMEA-nın bu istiqamətdə fəaliyyətini daha da genişləndirdiyini qeyd edib. AMEA-nın elmi müəssisə və təşkilatları, ictimai qurumlarının veb-resurslarının yaradılması işlərinin davam etdirildiyini və bu resurslarının monitorinqinin aparılaraq onlara elmi-metodiki və texnoloji dəstəyin həyata keçirildiyini vurğulayıb.
 
Bildirilib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarının inzibati-təsərrüfat fəaliyyətinin informasiyalaşdırılması üçün proqram sistemlərinin işlənilməsi, doktoranturaya qəbul və minimum imtahanların test texnologiyaları əsasında hazırlanması üçün proqram məhsullarının işlənilməsi, elektron sənəd dövriyyəsi sisteminin yaradılması, o cümlədən respublika elmi-tədqiqatlarının əlaqələndirmə şurası və onun elmi şuraları üçün informasiya sistemlərinin yaradılması görüləcək işlər sırasındadır.
 
AMEA-nın fəaliyyət göstərdiyi 70 il ərzində çoxsaylı arxiv materiallarının toplandığını nəzərə çatdıran akademik bu foto, audio və video materialların pərakəndə xarakter daşıdığını qeyd edərək bu gün müasir İKT vasitələri ilə onların vahid bir resursa çevrilməsi, idarə olunması, axtarışının sürətli həyata keçirilməsi, keyfiyyətli saxlanılmasının zəruriliyini vurğulayıb. Bu məqsədlə AMEA üzrə foto, video və audio materialların AzScienceNet şəbəkəsinin Data Mərkəzində etibarlı saxlanması və istifadəsinin təşkili üçün Multimedia qalereyasının yaradılması istiqamətində müvafiq işlərin həyata keçirildiyini diqqətə çatdırıb.
 
Elektron elmin formalaşmasının elmi-praktiki problemlərinin araşdırılmasının vacibliyindən danışan R.Əliquliyev bu məqsədlə AzScienceNet: mövcud vəziyyəti, imkanları və perspektivləri” Ümumrespublika elmi-praktiki seminarı, “Elektron kitabxanaların formalaşması problemləri” mövzusunda Respublika elmi-praktiki konfransı və “BigData: problemləri, imkanları və perspektivləri” mövzusunda Respublika elmi-praktiki konfransının keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
 
AMEA-nın əldə etdiyi nailiyyətlərin regionlara ötürülməsi məqsədilə AMEA Gəncə Bölməsində Distant Tədris Mərkəzinin yaradılması istiqamətində işlərin başa çatdırıldığını qeyd edən akademik cari ilin iyul ayının 6-da AMEA Naxçıvan Bölməsində də Distant Tədris Mərkəzinin açılışının nəzərdə tutulduğunu dilə gətirib.
 
Akademik, həmçinin Elektron elmin ölkədaxili və beynəlxalq inteqrasiyasının inkişaf etdirilməsinin vacibliyini önə çəkib. Onun sözlərinə görə, bu yaxınlarda AzScienceNet EKŞ Avropa elm və təhsil şəbəkəsinin formalaşdırılmasına məsul olan GEANT Assosiasiyasında milli şəbəkə operatoru kimi qeydiyyatdan keçib.

Xeberler.az
 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AzScienceNet-in maddi-texniki bazası gücləndirilir

AzScienceNet-in maddi-texniki bazası gücləndirilir

20-09-2015
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

24-06-2015
AzScienceNet-in imkanları genişləndirilir

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017
AzScienceNet-in fəaliyyəti gücləndirilir

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016
AzScienceCert-in fəaliyyəti genişləndirilir

AzScienceCert-in fəaliyyəti genişləndirilir

09-02-2016
Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

25-02-2016
Elektron elmin formalaşması problemləri  araşdırılır

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016
AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014
Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

10-03-2015
Elektron elmin inkişafı müzakirə olunub

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019
AMEA-da yeni informasiya sistemləri yaradılır

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017
Elektron elmin formalaşması problemləri  müzakirə olunub

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016
“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” müzakirə olunacaq

“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” müzakirə olunacaq

29-03-2015
AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015
Distant tədris mərkəzlərinin fəaliyyəti  genişləndirilir

Distant tədris mərkəzlərinin fəaliyyəti genişləndirilir

06-04-2016
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

25-06-2015
AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

06-01-2023
Kompüter xidmətlərinin keyfiyyəti artırılır

Kompüter xidmətlərinin keyfiyyəti artırılır

15-02-2016
AzScienceNet-in  İnternet Xidmətləri Mərkəzinin açılışı olub

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzinin açılışı olub

19-10-2016
AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

07-10-2016
“Elmi problemlər reyestri”  informasiya sistemi yaradılır

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016
Yeni institut AzScienceNet-ə qoşuldu

Yeni institut AzScienceNet-ə qoşuldu

08-06-2017
“Ölkədə distant tədris mərkəzlərinin  sayı artırılacaq”

“Ölkədə distant tədris mərkəzlərinin sayı artırılacaq”

08-01-2016
İT-nin çoxaspektli problemləri araşdırılır

İT-nin çoxaspektli problemləri araşdırılır

10-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə