“Nar” komandası bütün rəqiblərini geridə qoyaraq “Breyn Rinq” üzrə 2021-cu ilin Azərbaycan çempionu tituluna sahib olub. Azərbaycannın 6 universitet və 6 region komandası da daxil olmaqla 16 komanda 4 ay boyunca gərgin mübarizə aparıb. Finalda “Nar” komandası “Bilik” kubokunun sahibi “Bridge” komandası ilə qarşılaşıb və ilin qalib olub.
“Azerfon”un Baş icraçı direktoru Qunnar Panke qalib “Nar” komandasının üzvləri ilə görüşub və onları təbrik edib: “Nar” komandasının mütləq çempion olaraq xüsusi seçilməsi sizin əzminiz, savadınız və cəld düşünmə qabiliyyətiniz sayəsində olub. Belə savadlı gənclərin nailiyyətləri bizi sevindirir və uğurlarınızın davamlı olmasını diləyirəm”.
Qeyd edək ki, “Breyn Rinq” bilik yarışı “Nar”ın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində elm və təhsilə dəstək layihələrindən biridir. Mobil operator artıq 9 ildir ki, “Breyn Rinq” intellektual oyununa dəstək olur. “Nar”ın sosial layihələri haqqında ətraflı məlumatı http://www.nar.az səhifəsindən əldə etmək olar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri