Sərfəli mobil operator “Nar”ın, həmçinin bp və tərəfdaşlarının dəstəyi, ADA Universiteti və ADA Universiteti Fondunun təşkilatçılığı ilə jest dili üzrə mobil tətbiqin hazırlanması istiqamətində işlər planlı şəkildə davam etdirilir. Layihənin son rübündə mühüm mərhələyə – məzmunun yaradılmasından tətbiqə inteqrasiya və test prosesinə keçid edilib. Bu təşəbbüs inklüzivliyi təşviq edərək eşitmə və nitq məhdudiyyəti olan şəxslərin digər insanlarla ünsiyyətini asanlaşdırır və onların jest dilini tamamilə ödənişsiz və müəllimə ehtiyac olmadan öyrənməsinə imkan yaradır.
Xeberler.az bildirir ki, yaxın zamanda yekunlaşacaq layihə çərçivəsində “Karlara Dəstək” İctimai Birliyinin dəstəyi ilə hazırlanan tədris məzmunu test mühitinə inteqrasiya edilib, server və verilənlər bazası üzrə işlər demək olar ki, tamamlanıb, AWS platformasında yerləşdirmə prosesi icra olunub. Eyni zamanda, tətbiqin əsas funksiyaları test üçün hazır vəziyyətə gətirilib, UI/UX dizayn elementləri yekunlaşdırılıb. İlkin mərhələdə planlaşdırılandan daha çox söz və tədris səhifəsi hazırlanaraq hədəfə doğru davamlı irəliləyiş təmin olunub.
Qeyd edək ki, jest dili üzrə bu mobil tətbiqin hazırlanması layihəsinə “Nar”ın da qoşulması onun inklüziv cəmiyyətin qurulmasına yönəlmiş fəaliyyətindən irəli gəlir. Layihə bu sahədə başladığımız işlərin davamı olaraq, ölkədə işarət dilinin tədrisi və əlilliyi olan şəxslərin informasiya əlçatanlığına dəstək məqsədi daşıyır.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları