Previous Next
Bağla

Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

25-01-2025 10:47
Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

Yanvarın 24-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələri arasında Beynəlxalq Təhsil Günü münasibətilə STEAM təhsili üzrə “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib.

Xeberler.az məlumat verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifələrinin müvəqqəti icraçısı Şikar Hüseynov son illər dünyada elm və texnologiyalar sahəsində sürətli inkişafın, əldə edilən əhəmiyyətli nailiyyətlərin qarşıya yeni vəzifələr qoyduğunu deyib. Qeyd edilib ki, şagirdlər texnologiyalar vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya bilir. Bu günə kimi muxtar respublikanın 154 təhsil müəssisəsində STEAM kabinələrinin yaradıldığını diqqətə çatdıran Şikar Hüseynov bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq yaxın günlərdə əlavə olaraq 50 təhsil müəssisəsində kabinələr qurulacaq və 154 kabinə STEAM avadanlıqları ilə zənginləşdiriləcək.

Sonra müsabiqəyə start verilib. Müsabiqəyə muxtar respublikanın ümumi təhsil məktəblərindən 200-ə yaxın şagird yaşıl texnologiyalarla bağlı 60 layihə təqdim edib. Müsabiqənin qiymətləndirilməsi STEAM Təlim-Tədris Mərkəzinin təlimçiləri tərəfindən aparılıb. Qalib komandalar medal, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

Müsabiqənin təşkilində məqsəd ekoloji problemlərin mahiyyətini və ətraf mühitin qorunmasının vacibliyini şagirdlərə aşılamaq, onlarda ekoloji şüur və məsuliyyət hissini inkişaf etdirmək olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçiriləcək

23-12-2024

Naxçıvanda ümumtəhsil müəssisələrindəki STEAM otaqlarına yeni avadanlıqlar verilib

19-02-2025

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

01-08-2018

Naxçıvanda bir sıra qurumlar Data, İnternet və “Voice” şəbəkələrinə qoşulub

06-02-2023

Naxçıvanda məktəblər yeni kompüterlərlə təmin olunub

07-09-2015

Naxçıvandakı yeni STEAM Təlim-Tədris Mərkəzi-FOTO

07-03-2023

STEAM tədris edən müəllimlər üçün keçirilən müsabiqənin müsahibə mərhələsinə başlanılıb

11-09-2024

Muxtar respublikada müasir təhsil infrastrukturu yaradılır

07-07-2015

Naxçıvan məktəbliləri “Beynəlxalq Yaşıl STEAM Azərbaycan” Festivalının qalibi olublar

25-10-2024

Naxçıvanın rabitə və yeni texnologiyalar nazirinin müavini vəzifəsindən azad edilib

12-03-2020

Naxçıvanda fiber-optik magistral şəbəkə Türkiyə ilə əlaqələndiriləcək

05-06-2023

STEAM layihəsi paytaxt məktəblərində

27-01-2020

Naxçıvanın ucqar kənd məktəblərinə İT avadanlıqlar verilib

08-10-2016

Məktəblərdə rəqəmsal bacarıqlarla bağlı qiymətləndirmə aparılacaq

29-10-2024

E-xidmətlərdən istifadə ilə bağlı maarifləndirici tədbirlər davam edir

25-04-2016

Naxçıvanda tramvay nəqliyyatı təşkil ediləcək

20-09-2023

Naxçıvanda Data Mərkəz inşa ediləcək

11-01-2024

Naxçıvanda 1297 yeni telefon nömrəsi istismara verilib

08-08-2017

Naxçıvan “ASAN xidmət”də təhsil xidmətlərinin göstərilməsinə başlanılıb

21-01-2025

Məktəblərdə STEAM layihəsinin tətbiqinə başlanıb

21-10-2019

Naxçıvanın dövlət orqanları GOV.AZ domen zonasına köçürülür

29-12-2022

Naxçıvanın rabitə və yeni texnologiyalar naziri işdən çıxarılıb, nazir əvəzi təyin olunub

08-09-2023

Naxçıvanda sahibkarlara güzəştli kreditlər verilməsi üçün məqsədli limit ayrılacaq

20-09-2023

Nazir vəzifəsindən azad edildi

05-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə