Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvanpoçt” publik hüquqi şəxsin mərkəzi filialında Nazirliyin tabeli qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin vahid məkandan təqdim olunmasına başlanılıb.
Xeberler.az Report-a istinadən məlumat verir ki, mərkəzi filialda müraciətlərinə əsasən telefon və internet çəkilişləri üzrə vətəndaşlardan ərizələrin qəbulu da həyata keçiriləcək.
Qeyd edək ki, mərkəzi filialda ənənəvi poçt xidmətləri ilə yanaşı, eyni zamanda, sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə və danışıq haqlarının qəbulu, internet abunəçilərinin balansının artırılması xidmətindən istifadə haqlarının ödənişləri və sair xidmətlər həyata keçirilir.
Xidmətin yaradılmasında məqsəd istifadəçilərin rahatlığının təmin edilməsi və əlavə vaxt itkisinin qarşısının alınmasıdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri