Nazir Əli Abbasov “Avrovizion” a hazırlığı müzakirə edib

12-04-2012 / 13:33
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin keçirdiyi son kollegiya iclasında beynəlxalq mahnı müsabiqəsi “Avrovizion”a hazırlıq məsələləri müzakirə olunub. 
Nazir Əli Abbasovun sədrliyi ilə keçən iclasda Baku Crystal Hall-da istifadəçilərini davamlı internet və 3G mobil rabitə xidmətləri ilə təmin etmək üçün simli və simsiz şəbəkə infrastrukturunun tikintisinin gedişatına nəzər salınıb. 
Diqqət mərkəzində, həmçinin insanların sıx olduqları (mehmanxana, restoran vəs.) yerlərdə internetə sabit girişi təşkil etmək, radio və televerilişlərin yüksək səviyyədə yayımı və müsabiqənin internet resursunun (http://eurovision.az/) informasiya təhlükəsziliyini təmin etmək olub. 
İclasın sonunda isə işçi qrupuna yaranan məsələnin operativ həlli  ilə və  işlərin icra edilməsi haqqında məruzələrin müntəzəm təqdim edilməsi bağlı konkret tapşırıqlar verilib. 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə