Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Huawei Enterprise Business Group”un Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə prezidenti Hao Zhichen ilə görüş keçirib.
Xeberler.az bildirir ki, görüşdə Azərbaycanın süni intellekt strategiyası, süni intellekt həllərinin tətbiqi istiqamətində müvafiq infrastrukturun formalaşdırılması və bu sahədə “Huawei” şirkətinin beynəlxalq təcrübəyə əsaslanan həllərinin təqdim edilməsi məsələləri müzakirə olunub.
Eyni zamanda elektron hökumət platformalarında süni intellekt texnologiyalarının tətbiqi imkanları, “Huawei”in təcrübəsindən irəli gələrək “Ağıllı şəhər” konsepsiyasının reallaşdırılması, insan kapitalının inkişafı məqsədilə birgə təşəbbüslərin həyata keçirilməsi barəsində fikir mübadiləsi aparılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları